Hərəkət məhdudlaşdırılacaq

Bu gün Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səhər saat 11:00-dan Əliyar Əliyev küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmədən Həsən Əliyev küçəsi ilə kəsişməyə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə