Əlillər də Qurani-Kərimi oxuya biləcəklər

Əlillər də Qurani-Kərimi oxuya biləcəklər

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevi qəbul edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə ölkəmizdə Qurani-Kərimin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) çap olunmasının vacibliyi, bunun üçün mövcud imkanlar və digər məsələlər müzakirə olunub.

Qeyd edilib ki, Dövlət Komitəsinin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası ilə nəşr olunması nəzərdə tutulub.

Görüşün sonunda M.Qurbanlı S.Abdullayevə brayl əlifbası ilə çap olunmuş Qurani-Kərim hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə