Qatarlara əlavə vaqon quraşdırılacaq

Qatarlara əlavə vaqon quraşdırılacaq

Novruz bayramı günlərində dəmir yolunun müəssisə və təşkilatlarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, Novruz bayramı günləri - 20-28 mart 2015-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" QSC-nin müəssisə və stansiyaları fasiləsiz iş rejiminə keçəcək: "Belə ki, bayram günlərində vaqonların yüklənməsi və boşaldılması prosesində fasilələr olmayacaq. Həmçinin "Azərbaycan Dəmir Yolları" QSC-nin təsərrüfatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. O ki qaldı sərnişin daşımaya Bayram günlərində sığılığı nəzərı alaraq ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-20 əlavə vaqon quraşdıralacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə