Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Novruz bayramı münasibətilə seçicilərlə görüşüb. SİA xəbər verir ki, ilk öncə Milli Məclisin deputatı bayram münasibətilə seçicilərini təbrik edib və hər bir ailəyə səmimi arzu və diləklərini çatdırıb.
Sədaqət Vəliyeva qeyd edib ki, Novruz xalqımızın tarixi kökü ilə bağlı olduğundan, milli adət-ənənələrlə zəngin bayramdır: "Ulu babalarımızdan bizlərə yadigar qalan, xalqımızın bu günümüzə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü Novruz bayramı özündə milli birliyi və bərabərliyi əks etdirir".
Sonra 200-ə yaxın şəhid, Qarabağ müharibəsi veteranı, ağsaqqal və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.
Sakinlər onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.


İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB