İlaxır çərşənbədə yağış yağacaq PROQNOZ

İlaxır çərşənbədə yağış yağacaq PROQNOZ

Martın 17-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə SİA-ya verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, mülayim şimal küləyi əsəcək, havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

Martın 17-də Azərbaycanın rayonlarında isə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 17-19-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə