Ötən il ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında star götürən I "Ümumrespublika Yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində respublika miqyasında xeyli ağac və gül kolları əkilib. Bu layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yuksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.
Bu nəcib təşəbbüsə ilk qoşulanlardan olan Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayon ictimaiyyəti nümayəndələri tərəfindən bu marafon çərçivəsində geniş miqyaslı ağacəkmə aksiyası keçirilib. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə Abbasqulu Abbaszadə küçəsi boyunca böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunub.
İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülüb, yeni torpaq qatı salınıb, bura mineral gübrələr səpilib. Burada əvvələlər əkilib və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunub, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilib, ən əsası isə böyük miqdarda dekorativ ağac və gül kolları alınıb. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilib.
Yaşıl marafon çərçivəsində keçirilən aksiya zamanı 2000 ədəd yeni ağac əkilmiş, əvvəl əkilən 2000 ədəd ağaclara qulluq göstərilib.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloci tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub.
Bu günkü iməclik həm də bu il Bakı şəhərində keçiriləcək İlk Avropa Oyunları ərəfəsində paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəsini verəcək. Eyni zamanda ilin əvvəlindən RİH tərəfindən Bakı şəhərinin cənub çıxışında, Salyan yolu boyunca böyük bir ərazidə də iri miqyaslı yaşıllaşdırma işləri aparılır, burada böyük sayda ağac və gül kolları əkilib və hazırda onlara gündəlik qulluq göstərilir.
Mövsüm ərzində rayonda bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB