Bakı şəhər Baş Polis İdarəsi "Milli Şura"nın bu gün keçirdiyi mitinqlə bağlı məlumat yayıb. SİA-nın məlumatına görə, martın 15-də özünü Demokratik Qüvvələrin "Milli Şura"sı adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
Məlumatda deyilir: "Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 (altı yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB