Lənkəranda Novruz bayramı öncəsi kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub. Bu gün səhər saat 9:00-dan başlayaraq Lənkəran şəhərinin Dəmiryolu vağzalı ərazisindəki meydanda böyük bayram yarmarkası təşkil olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan yarmarkada həm Lənkəran, həm də ətraf rayonların sakinləri üçün yeni il qabağı ucuz və keyfiyyətli kənd təsərrüfatı və sənaye məhsulları satışa çıxarılıb. Bakı şəhərindən, respublikanın ayrı-ayrı rayonlarından, həmçinin Lənkəranda istehsal olunan 485 ton kənd təsərrüfatı və sənaye məhsulları alıcıların ixtiyarına verilib. Satışa çıxarılan məhsullar alıcılara bazar qiymətindən 25-30% aşağı qiymətə təklif olunub. Axşam saatlarına kimi davam edən yarmarkada, icra hakimiyyətinin nümayəndələri həm süni qiymət artımının, həm də məhsulların topdan satışının olmamasına nəzarət ediblər.
Yarmarkanın keçirilməsində əsas məqsəd bayramqabağı bazarlarda süni qiymət artımın qarışını almaq olub.
Qeyd edək ki,bu cür bayram yarmarkaları Lənkəranda ildə iki dəfə, Yeni il və Novruz bayramları ərəfəsində təşkil olunur. Həmçinin Novruz Bayramı ilə əlaqədar rayonda məskunlaşan məcburi köçgün, Qarabağ əlilləri, şəhid və digər imtiyazlı şəxslərdə daxil olmaqla ümumilikdə 4800 ailəyə bayram sovqatı veriləcək.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB