Zabitlərimiz beynəlxalq tədbirlərə qatılacaqlar

Martın 16-dan 20-dək Zalsburq şəhərində (Avstriya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün təlim kursu, Helsinki şəhərində (Finlandiya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı üzrə quru qoşunları döyüş hazırlığının qiymətləndirilməsi kursu, martın 18-dən 20-dək isə Minsk şəhərində (Belarusiya) beynəlxalq hümanitar hüququn tətbiqi üzrə 5-ci regional seminar keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-yaverilən xəbərə görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə