Naxçıvan Muxtar Respublikasında fəaliyyətdə səmərəliliyin artırılması, insanların rahatlığının təmin edilməsi məqsədi ilə əhaliyə yüksək səviyyəli səyyar xidmət göstərilir. Martın 10-u və 11-də Sədərək rayonunda, 12-də isə Şərur rayonunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin səyyar xidmət avtomobili vasitəsilə vətəndaşlara 5 hüquqi xidmət – ümumvətəndaş pasportunun və şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, sü¬rücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq haqqında və arxiv arayışlarının verilməsi, eləcə də ov silahlarının qeydiyyata alınması üzrə xidmətlər göstərilib.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Şərur rayonunun İbadulla kəndində səyyar qaydada daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı və digər xidmətlər göstərilib.
Hər iki səyyar xidmət avtomobili kənd mərkəzlərinin yaxınlığında fəaliyyət göstərib, xidmətlərə görə rüsumlar POS-terminal və yerlərdəki poçt bölmələri vasitəsilə ödənilib.
Yaşayış məntəqələrində səyyar xidmətin göstərilməsi barədə əvvəlcədən elanlar vurulub və sakinlər arasında müvafiq maarifləndirmə işləri aparılıb.
Qeyd edək ki, bu il martın 7-də səyyar xidmətlərin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi üçün "Hundai", Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçün "NAZ-Lifan-6401" markalı avtomobillər verilib. Avtomobillər xidmət sahələrinə uyğun olaraq, səyyar xidmətin göstərilməsi üçün kompyuter, POS-terminal, fotoaparat, elektron məsafəölçən və digər avadanlıqlarla təchiz edilib. Məqsəd əhalinin vaxt itkisinə yol vermədən hüquqi xid¬mətlərdən yararlanmasını təmin etməkdir./azertag.az/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB