Azərbaycan əhalisinin sayı 115,9 min nəfər və yaxud 1,2 faiz artaraq 9.593,0 min nəfər olub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, ötən il əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib.
Bununla yanaşı, müşahidə olunan miqrasiya artımı əhalinin ümumi artımının 0,9 faizini təşkil edib.
Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olub. Ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 114,9 min nəfər çox olub, yəni 170,5 min körpə doğulub. Doğulanların 53,6 faizi oğlanlardan, 46,4 faizi isə qız uşaqlarından ibarət oub. Körpələrin 3148-i əkiz, 60-ı isə üçəm doğulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB