Daha 3 yol təmirə bağlandı

Bakıda daha üç yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, asfalt örtüyünün yenilənməsi məqsədilə bayram günlərində (22-28 mart) Mehdi Hüseyn, Şeyx Şamil və Bünyad Sərdarov küçələrində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Teymur Elçin küçəsindən istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə