Pakistan prezidenti mükafatlandırıldı

Pakistan prezidenti mükafatlandırıldı

Bakı Dövlət Universitetində (BDU) Pakistan prezidenti Məmnun Hüseynə bu ali məktəbin fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov universitetin elmi şurasının Pakistan prezidentinə fəxri doktor adının verilməsi ilə bağlı qərarını oxuyub.

Sonra Pakistan prezidentinə fəxri doktor diplomu və mantiya təqdim olunub.

Pakistan dövlətinin başçısı BDU-nun müəllim və tələbələri qarşısında çıxış edib, fəxri doktor diplomuna görə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə