Lənkəranda Daxili Qoşunlar günü qeyd edilib

Lənkəranda Daxili Qoşunlar günü qeyd edilib

Martın 12-də Lənkəranda Daxili Qoşunların yaranma günü münasibətilə "N" saylı hərbi hissənin şəxsi heyəti üçün maraqlı bayram tədbiri təşkil olunub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Şəhər Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Şağlaser kənd sənətkarlıq evinin, Parakənd kənd sənətkarlıq klubunun, Aşağı Nüvədi sənətkarlıq evinin özfəaliyyət kollektivlərinin iştirakı etdiyi tədbirdə yerli sənət ustalarının ifasında vətənə, torpağa həsr olunmuş xalq mahnıları, milli rəqslər ifa edilib, əskərlər arasında viktorinalar təşkil olunub.

Tədbir hərbi hissənin şəxsi heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Sonda hərbi hissənin komandanlığı tərəfindən göstərilən diqqət və qayğıya, bayram tədbirinin yüksək səviyyədə təşkilinə görə Lənkəran Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm şöbəsinə və tədbir iştirakçılarına minnətdarlıq bildirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə