Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın "Mədəniyyət, İnformasiya, turizim və idman üzrə" daimi komissiyasının iclası keçrilib. SİA-nın verdiyi məlumata görə, iclasda Rusiyanın, Belarusun, Moldovanın, Qazaxstanın, Tacikstanın, Azərbaycanın və Ermənistanın nümayəndələri iştirak edib.
İclasda MDB Parlamentlərarası Assambleyanın "Mədəniyyət, İnformasiya, turizim və idman üzrə" daimi komissiyasının sədri Tarlo E.Q və MDB Parlamentlərarası Şuranın Baş katibi Serqeyev A.İ çıxış ediblər.
Azərbaycanı bu iclasda Milli Məclisin deputatı Rauf Əliyev təmsil edib. Ümumilikdə tədbirdə 17 müxtəlif məsələlər ətrafında o cümlədən Modul qanunlar, Elektron hökümət, Könüllülər, Turizim faliyyəti, Gənclərin asudə vaxtlarının təşkili, Kitabxana işi, MDB üzvu olan dövlətlər arasında idman yarışlarının və müxtəlif spartakiadaların təşkili və s məsələlər müzakirə olunub.
Gündəlikdə 10-cu məsələ kimi MDB üzvu olan dövlətlərdə mədəni irsin qorunub saxlanması barədə Konvensiyanın hazırlanmasına münasibət nəzərdə tutulmuşdu. Bu məsələ barəsində hazırlanmış qərar layihəsində bu Konvensiyanın Ermənistan tərəfindən hazırlanması təklif olunmuşdu. Azərbaycan nümayəndə heyyəti buna öz etirazlarını bildirib. Daimi komissiyanın üzvu Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək bildirib ki, hər bir dövlətin özünəməxsus mədəni irsi var, eyni zamnda Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında yerləşən azərbaycan xalqına məxsus olan mədəni irs nümunələrini məhv etmişdir. Buna görədə belə bir konvensiyanın hazırlanmasını Ermənistana həvalə etmək olmaz.
Rauf Əliyevin təklifini nəzərə alaraq MDB üzvu olan dövlətlərin hər birinin nümayyəndəsinin iştirakını nəzərdə tutan Belarus nümayyəndəsinin rəhbərliyi ilə işçi qurupu yaradılıb. Konvensiyanın hazırlanmasına Mədəniyyət və Turizim Nazirliyinin mütəxəssisləri cəlb olunacaqdır.
Daimi komissiyanın Payız sesiyasında nəzərdə tutulan Konvensiyanın qəbulu məsələsinə baxılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB