Qələbədə Azərbaycanın payı nə qədərdir? FOTO

Qələbədə Azərbaycanın payı nə qədərdir? FOTO

Bakı Slavyan Universitetinin konfrans zalında "Birgə qazanılmış Böyük Qələbə" qaliblərin beynəlxalq forumu çərçivəsində "Faşist Almaniyası nın darmadağın edilməsində Azərbaycanın rolu" mövzusunda beynəlxalq Azərbaycan-Rusiya konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu və Rusiyanın milli xeyriyyə fondunun dəstəyi ilə Bakı Slavyan Universiteti təşkilatçılığı ilə baş tutub.

Tədbirdə "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondunun prezidenti Valeri Tursunovun başçılığı ilə Rusiya nümayəndə heyəti iştirak edib.

Konfransı "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondunun Azərbaycan filialının direktoru Rauf Həsənov açıb. Tədbirdə Rusiyanın və Azərbaycanın tanınmış ictimai xadimləri, tarixçilər, siyasətçilər, yazıçılar iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə