Polislərə “Azərbaycan multikulturalizmi” dərsi keçirilib

Polislərə “Azərbaycan multikulturalizmi” dərsi keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünən Polis Akademiyasında "Azərbaycan Multikulturalizmi" mövzusunda səyyar mühazirə təşkil edib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, Akademiyanın professor-müəllim heyəti və müdavimlərinin iştirak etdiyi tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə olkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb, bunun bir fenomen olaraq müasir cəmiyyətlərin ideya-siyasi, sosial- mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. Natiq qeyd edib ki, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövləti ölkəmizdə tarixən gəlişmiş çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bit töhfə olaraq təqdim edilməsi isitiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürür. Mühazirə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunan "Azərbaycan Multikulturalizmi" proqramına müvafiq olaraq il boyu ölkəmizin müxtəlif bölgələrində keçirilməsi planlaşdırılan "Azərbaycan Multikulturalizmi: səyyar dərslər" layihəsi çərçivəsində həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə