Bu gün Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsindəki iki mərtəbəli yaşayış binasında yanğın baş verib. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, gecə saat 03:00 radələrində baş verən yanğına səbəb kimi qısa qapanma göstərilib.
Binada baş verən yanğını görən sakinlər dərhal binanı tərk ediblər. Onu da deyək ki, əsasən binanın ikinci mərtəbələri tamamilə yanıb. Sakinlərin sözlərinə görə, iki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Əvvəlcə hadisə rayon üzrə yanğın söndürmə briqadası çağırılsa da, alovun genişlənməsi ilə bütün Bakı qarnizonu üzrə çağırış elan edilib. Bundan əlavə kömək və təhlükəsizliyi nəzərə alaraq hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin bütün şəxsi heyəti də əraziyə cəlb edilib. Hazırda yanğın söndürülüb.
Nəzərinizə çatdıraq ki, Bibiheybət məscidi yaxınlığında sözügedən yanğını söndürmək üçün gələn yanğınsöndürmə maşını qəzaya düşüb.





l

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB