Azərbaycan Prezidentindən daha iki sərəncam

Azərbaycan Prezidentindən daha iki sərəncam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hikmət Abbas oğlu Mirzəyevə "Əməkdar hüquqşünas" fəxri adı verib.

Prezidentin növbəti sərəncamı ilə Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı Şahin İsgəndər oğlu Məmmədova general-leytenant hərbi rütbəsi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə