Eldar İbrahimov “Şərəf” ordeni ilə təltif edildi SƏRƏNCAM

Eldar İbrahimov “Şərəf” ordeni ilə təltif edildi SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə, Eldar Rza oğlu İbrahimov "Şərəf" ordeni ilə təltif edilib.

Qeyd edək ki, İbrahimov Eldar Rza oğlu 1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub . Əmək fəaliyyətinə Naxçıvan tikinti idarəsində başlayıb. 1963-1970-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirib. 1963-cü ildən istehsalatda müxtəlif vəzifələrdə çalışıb. 1993-cü ildən Naxçıvan MR Baş nazirinin birinci müavini, Dövlət İqtisad və Plan komitəsinin sədri vəzifələrində işləyib.

Naxçıvan MR Ali Sovetinin (1995) və Azərbaycan Respublikası Ali Sovetinin (1990), Azərbaycan Milli Məclisinin deputatı seçilib (1995). 2000-ci ildən Milli Məclisin deputatıdır. Milli Məclisdə Aqrar Siyasət Komitəsinin sədridir. Yeni Azərbaycan Partiyasında İdarə Heyətinin üzvüdür.

Evlidir, 3 övladı var.

Bütün xəbərlər Facebook səhifəmizdə