Aparat rəhbəri ATƏT nümayəndəsi ilə görüşdü

Aparat rəhbəri ATƏT nümayəndəsi ilə görüşdü

İnsan Hüquqları üzrə Müvəkkil Aparatının (Ombudsman) rəhbəri Aydın Səfixanlı ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mədinə Yarbuzinovanı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, A. Səfixanlı beynəlxalq problemlərdən biri olan insan alverinə qarşı ölkəmizdə ciddi mübarizənin aparıldığını qonağın diqqətinə çatdırıb.

M. Yarbuzinova isə ATƏT-in insan alverinə qarşı mübarizə sahəsində hazırladığı tövsiyələr üzrə Azərbaycanda xeyli iş görüldüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə