Bu gündən etibarən Azərbaycanda Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) SİA-ya verilən məlumata görə, builki ziyarətin şərtlərində əvvəlki illərə nisbətən dəyişiklər var.
Bu il də zəvvarlara ziyarət iki formada təklif olunmasına baxmayaraq, qiymətlərdə artım var. Daha yaxşı şəraitli hotellərdə qalmaq, daha bahalı yeməklərin verilməsi, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 5750 manat, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlı hotellərdə qalmaqla təklif olunan variant isə 4700 manatdır.
Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.
Xatırladaq ki, ötən il Həcc ziyarəti üçün ən yüksək qiymət 4100 manat, ən aşağı qiymət isə 3250 manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB