Restoranın mühafizəçisi müştərinin pullarını oğurlayıb
Bakının mərkəzində yerləşən "McDonalds" restoranlar şəbəkəsində cinayət hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, martın 10-da Nəsimi rayonu ərazisindəki "McDonalds"da Bakı şəhər sakini Almara Hüseynovanın çantasından 2500 manatı oğurlanıb.
Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinin əməkdaşları əməliyyat keçirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs, orada mühafizəçi işləyən Bakı şəhər sakini Vüsal Həsənov saxlanılıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB