Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi məsələlər üzrə məsləhətçisi cənab Vadim Sidyçenko Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakıdakı ofisinə baş çəkərək təşkilatın fəaliyyət istiqamətləri ilə tanış olub. Fondun sədri Umud Mirzəyev qonaqla söhbətində təşkilatın 20 ildən çox təcrübəyə malik olduğunu bildirib və yaxın gələcəkdə Fondun Ukraynada müəyyən layihələrin icrasında maraqlı olduğunu Ukraynalı rəsminin diqqətinə çatdırıb. Fonddan SİA-ya verilən xəbərə görə, görüş zamanı BAMF-ın sədri Umud Mirzəyev və qonaq Dağlıq Qarabağ münaqişəsi , o cümlədən Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafı vəziyyətini müzakirə ediblər. Qonaq , eyni zamanda Bank Olmayan Kredit Təşkilatı "Avrasiya Kredit"-in fəaliyyəti ilə yaxından tanış olub . Sonda tərəflər qeyd ediblər ki, bu görüş əməkdaşlıq üçün çoxsaylı imkanlar açdı və hər iki tərəf üçün çox uğurlu oldu . BAMF-ın beynəlxalq əməkdaşlıq şəbəkəsi uzun tarixə malikdir və beynəlxalq statuslu bir təşkilat kimi BAMF-ın xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə daim yaxın tərəfdaşlığı olub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB