3-10 mart tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Samux rayonu ərazisində keçirilmiş reyd zamanı ov edən 3 nəfər naməlum şəxs saxlanılıb. Onlardan 3 ov tüfəngi, 6 patron götürülüb və barələrində qanunamüvafiq qaydada akt tərtib olunub. Hazırda sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB