“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilib

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilib

"Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə "Elektron hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədi ilə "Elektron hökumət" bülletendə dərc olunur. Bülletendə "Elektron hökumət" portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin "Elektron hökumət" və İKT sahəsindəki təcrübələri barədə xəbərlər öz əksini tapır. SİA-nın verdiyi məlumata görə, bu yeniliklər barədə informasiyaların kütləviləşməsi, həmçinin görülən işlərin mətbuata birbaşa elan olunması məqsədilə hər ay "Elektron hökumət" bülleteni üzrə brifinq keçirilir.

Brifinqdə "Elektron hökumət" portalının operatoru – RYTN Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov, Dövlət Sosial Müdafiə Fondunun, Əmlak Məsələləri Dövlət Komitəsinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri, media işçiləri iştirak ediblər.

Tədbirdə media nümayəndələrinə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər, sahə üzrə yeniliklər barədə məlumat verilib. Həmçinin ayrı-ayrı qurumların nümayəndələri elektron xidmətləri və yenilikləri ilə jurnalistlərin suallarını cavablandırıblar.

Tədbirdə "Elektron hökumət" portalının operatoru – RYTN Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov çıxış edərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Elektron hökumət" portalına daxilolmaların növbəti statistikasını təqdim edib. Bildirib ki, statistik uçotun apardığı tarixdən 2012-ci ilin dekabrından, 2015-ci ilin fevral ayının 28-ə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 4,405,403 daxilolma qeydə alınıb. Belə ki, portala müraciət edənlərin ümumi sayı isə 1,329,130 nəfər olub.

Nəzərinizə çatdıraq ki, Portlada media bölməsi fəaliyyət göstərir. Bu bölmədə ən son yeniliklərin press-relizi və Elektron Hökumət KİV-də adlı alt menyular nəzərdə tutulub. Belə ki, Elektron Hökumətlə bağlı yazılan bütün xəbərlər, araşdırmalar, video süjetlər yer alacaq. İlin sonunda isə Elektron Hökumətlə bağlı ən çox məqalə yazan və maarifləndirmə işləri aparan jurnalist müəyyənləşdiriləcək və mükafatlandırılacaq.

Məlumat Hesablama Mərkəzində 17-18 mart tarixində jurnalistlər, blogerlər və İKT –ilə maraqlanan tələbələr üçün 2 günlük kurslar keçiriləcək. Məqsəd Elektron hökumət quruculuğundan, informasiya cəmiyyətinin formalaşmasından yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək və bu sahə üzrə maarifləndirmə işinə təkan verməkdir. Kursun tədris proqramı jurnalistlərin rəyini nəzərə almaqla tərtib olunacaq. Kurslar RYTN-nin MHM-nin mütəxəssisləri, həmçinin İKT sahəsində tanınmış ekspertlər tərəfindən keçiriləcək. Kursun sonunda iştirakçılara sertifikatlar və elektron imza təqdim ediləcək.

Qeyd edək ki, tədbir müzakirələrlə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə