Bu gün "Avrasiya Araşdırmalar İnstitutu"İnkişaf Fondu, Rusiya Xeyriyyəçilik Fondu, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə "Birlikdə qazanılmış qələbə. SİA-nın məlumatına görə, faşist Almaniyası və onun müttəfiqləri üzərində qələbədə Azərbaycanın rolu" mövzusunda Rusiya-Azərbaycan konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan "Avrasiya Araşdırmalar İnstitutu" İnkişaf Fondu Azərbaycan filialının rəhbəri Rauf Həsənov iştirakçıları salamlayaraq konfransın mahiyyəti barədə məlumat verib. R.Həsənov İnkişaf Fondu ilə Bakı Slavyan Universiteti arasında sıx əməkdaşlıq münasibətlərindən danışıb.
BSU-nun rektoru, professor Asif Hacıyev çıxışında konfransın məhz Bakı Slavyan Universitetində keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Rektor bildirib ki, Alman faşizmi üzərində qələbə SSSR-nin bütün xalqlarının qələbəsidir: "Bakı Slavyan Universiteti bu gün müharibə dövründə mövcud olan "xalqlar dostluğu" ənənəsini yaşadır. Hazırda Azərbaycanda 300 rusdilli məktəb fəaliyyət göstərir. Şübhəsiz ki, bu siyasətın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dövlət başçısı İlham Əliyev bu gün həmin yolu davam etdirir. Rus dili və ədəbiyyatının tədrisi, mədəniyyətinin mənimsədilməsi, Rusiya tarixinin öyrənilməsi Rusiya ilə Azərbaycan əlaqələrinin möhkəmlənməsinə şərait yaradır". Prof. A.Hacıyev İkinci Dünya Müharibəsi dövründə minlərlə azərbaycanlının qələbə uğrunda döyüşə atıldığını vurğulayaraq, onların həm də milli ideya və azadlıq yolunda mübarizə apardıqlarını diqqətə çatdırıb.
"Avrasiya Araşdırmalar İnstitutu" İnkişaf Fondunun rəhbəri Valeri Tursunov çıxış edərək belə tədbirlərin keçirilməsinin Rusiya və Azərbaycan arasında mövcud olan siyasi, mədəni əlaqələrə müsbət təsir göstərəcəyini qeyd edib. Fondla sıx əməkdaşlıq qurduğuna görə BSU-nun rektoru Asif Hacıyevə dərin minnətdarlığını bildirib: "Əbəs yerə deyil ki, Fond tərəfindən Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının, o cümlədən BSU-nun 12 tələbəsinə Mendeleyev adına təqaüd Rusiya Prezidenti Administrasiyasının rəhbəri tərəfindən məhz BSU-da təqdim olunmuşdu".
Konfransda Moskva Dövlət Universiteti, Sankt Peterburq İqtisad Universiteti, Rusiya Strateji Araşdırmalar İnstitutu, Bakı Slavyan Universiteti, AMEA-nın Tarix İnstitutu, BSU nəzdində Məktəb-lisey Kompleksinin nümayəndələri Böyük Vətən müharibəsində Azərbaycanın rolu ilə bağlı müxtəlif məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, tədbir çərçivəsində Respublika Veteranlar Şurasının üzvü Georgi Zapletinin "Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabının təqdimatı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB