Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Sədri Kərəm Həsənov 13 mart 2015-ci il tarixində Saatlı şəhərində növbəti vətəndaş qəbulu keçirəcək. Komitədən SİA-ya verilən xəbərə görə, qəbulda Saatlı, Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Cəbrayıl rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da şəhərdə yerləşən Gənclər Mərkəzində keçiriləcəkdir. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi:
(02121) 5 77 66, (02121) 5 52 45, (02123) 5 62 47
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB