AMEA-da yeni komissiya yaradılır

AMEA-da yeni komissiya yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasındas Neft və qaz yataqlarının axtarışı və işlənilməsi üzrə komissiyanın yaradılması planlaşdırılır. Akademiyadan SİA-ya verilən məlumata görə, bu məsələ AMEA Yer Elmləri Bölməsinin iclasında müzakirə edilib.

İclasda həmçinin AMEA-nın 70 illik yubileyi ilə əlaqədar nəşrlərin hazırlanma vəziyyəti, 2015-ci il üçün Yer elmləri sahəsində AMEA-nın akademik Musa Əliyev adına mükafatı üzrə müsabiqənin elanı məsələlərinə də baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə