“Gənclik” metrosunda ölüm

Bu gün səhər saatlarda Bakı Metropolitenində bədbəxt hadisə qeydə alınıb. SİA anspress-ə istinadən xəbər verir ki, metronun "Gənclik" stansiyasında sərnişinlərdən biri metroya daxil olduqdan sonra özünü narahat hiss edib.

Dərhal təcili yardım ximətinə məlumat verilib. Lakin özünü yaxşı hiss etməyən vətəndaş həkimlər gələnə qədər dünyasını dəyişib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, hazırda hadisə yerində hüquq-mühafizə orqanları vətəndaşın şəxsiyyətinin dəqiqləşdirilməsi üzrə işlər aparır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə