Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ),Bakı 2015 Əməliyyat Komitəsinin maliyyə dəstəyi ilə I Avropa Oyunlarının keçirilməsində könüllü qismində iştirak edəcək bütün könüllülərəkönüllü fəaliyyətlərinin qeydə alınması üçün Azərbaycanda ilk dəfə ATGTİ tərəfindən tətbiq olunmuş "Könüllülük pasportu" təqdim edəcək. SİA-nın məlumatına görə, bu passport gənclərimizə gələcək karyeralarını qurarkən lazım olacaq əlavə CV xarakteri daşıyır. Könüllülər göstərdiyi könüllü fəaliyyəti bu pasportda qeyd etdirməklə özünə ictimai aktivliyini əks etdirən yeni bir CV yaratmış olacaq."Könüllülük pasportu"da könüllülərin aktiv fəaliyyətinin qeyd olunması, onların I Avropa Oyunları kimi digər mötəbər tədbirlərin təşkilatçısı qismində çıxış etməsi üçün zəmin yaradacaq.
"Könüllülük pasportu"nun verilməsində məqsəd onların göstərdiyi bu fəallığı qeydə almaqla onlara stimul vermək, respublikada könüllülük fəaliyyətinin qeydiyyatını aparmaqdır. Pasportlar ATGTİtərəfindən qeydiyyata götürülür və ştamp vurularaq nömrələnir. Bu pasporta könüllülük fəaliyyəti göstərən hər bir gənc sahib ola bilər. İlk pasportlar ATGTİ-nin fəaliyyətində xüsusi fəallığı ilə seçilən tələbələrə təmənnasız olaraq verilib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB