“Azərbaycan multikukulturalizmi” İtaliya və Çexiyada

“Azərbaycan multikukulturalizmi” İtaliya və Çexiyada

İtaliyanın La Sapienza universitetində və Çexiyanın Karlov universitetinin Fəlsəfə fakültəsində "Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanılıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, La Sapienza universitetində ilk muhazirə mart ayının 5-də həyata keçirilib. Muhazirədə Albaniyadan,Türkiyədən, Serbiyadan,Bosniya Hersoqovinadan və İtaliyadan olan tələbələrlə yanaşı, universitetin Türkiyə üzrə mütəxəssisi, professor Fabio Qrossi də iştirak edib. Azərbaycanda onun bilmədiyi xeyli sayda milli azlıqların olduğuna görə yaxşı mənada təəccübləndiyini gizlətməyib. Mart ayının 9-da oxunan ikinci muhazirənin mövzusu "Azərbaycanın multikulturalizm siyasəti və çoxkonfessiyalılıq" olub. Dərsdə tələbələrə Azərbaycanın milli rəqslərinə, mədəni adətlərinə aid video çarx nümayiş etdirilib. Dərs iştirakçıları "Sarı gəlin" və digər müğam mahnılarını dinləyib.

Çexiyanın Karlov universitetinin Fəlsəfə fakültəsində də " Azərbaycan multikulturalizmi" fənninin tədrisinə başlanılıb. Tələbələr "Azərbaycan multikulturalizmi" fənninə çox böyük maraq göstərirlər.

Sonda isə tələbələrin Azərbaycan multikulturalizmi, mədəniyyəti və ənənələri ilə bağlı suallarına cavab verilib.

Qeyd edək ki," Azərbaycan Multikulturalizmi" fənni yaz semestrindən etibarən Rusiya, Gürcüstan, Litva, Belarus, Bolqarıstan, Çexiya və İtaliya universitetlərində tədris edilir. Tədris bütün semestr boyunca davam edəcək.

Növbəti semestr isə bu siyahıya yeni universitetlər əlavə olunacaq və onların sayı durmadan artacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə