Aydın Xan Əbilov: “Novruz adi bayramlardan deyil” MÜNASİBƏT

Aydın Xan Əbilov: “Novruz adi bayramlardan deyil” MÜNASİBƏT

"Azərbaycan xalqı xalq kimi formalaşandan sonra onun özünəməxsus xüsusi əhəmiyyət kəsb edən bayramları, əlamətdar günləri olub ki, onlardan da ən birincisi Novruz bayramdır". BU fikirləri SİA-ya açıqlamasında yazıçı, kultroloq Aydın Xan Əbilov deyib.

Kulturoloq Novruz bayramının adi bayramlardan olmadığını da qeyd edərək söyləyib ki, əgər belə olsaydı bu bayram UNESCO-nun xətti ilə bəşəriyyətin qeyri-maddi sərvətlər siyahısına daxil edilməzdi: "Əsrlər boyu insanlarımızın ən müqəddəs saydığı mərasimlər toplusu kimi özünü göstərən Novruz həmçinin baharın gəlişini özündə ehtiva edir. Su, od, yel, torpaq çərşənbələri isə Novruzun ən gözəl atributlarındandır. Dünya kultroloqları hətta belə debatlar aparırlar ki, qədim sivilizasiyanın başlanğıcı məhz Azərbaycanın yerləşdiyi ərazilərdən çıxıb. Bu da imkan verir ki, qədim sivilizasiyanın məskəninin Azərbaycanda olduğunu söyləsinlər. Novruz bayramı da həmin göstəricilərdən biridir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə