Məcburi köçkünlərə bayram hədiyyəsi

Məcburi köçkünlərə bayram hədiyyəsi

İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızla bayramlaşıblar. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu gün qurumun nümayəndələri Ağdaş rayonunda olub və rayonda məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə Novruz bayramı münasibətilə bayram hədiyyəsi (ərzaq məhsulları) təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə