Bu küçə nə vaxt açılacaq?

Paytaxtın Nəsimi rayonunda Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.

O deyib ki, uzunluğu 220 m, hərəkət hissəsinin eni 15 m təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb: "Hazırda beton səki daşları mərmər səki daşları ilə əvəzlənir. Yaxın günlərdə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə