Yeni Azərbaycan Partiyası Xocavənd rayon Gənclər Birliyinin III konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfrans Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymaqla başlayıb. Konfransda İcra Hakimyyətinin məsul şəxsləri, Gənclər və İdman idarəsinin rəisi və rayonu təmsil edən 90 gənc iştirak edib. Konfransı Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının sədri Məhəmmədəli Bayramov açıb. Sonra Yeni Azərbaycan Partiyası Xocavənd rayon Gənclər birliyinin sədri Vüsal Hüseynov hesabat məruzəsi ilə çıxış edib.
Konfransın gündəliyinə Yeni Azərbaycan Partiyası Xocavənd rayon Gənclər birliyinə sədir və müavinlərin, Yeni Azərbaycan Partiyası Xocavənd rayon Gənclər birliyinə Şüra və İdarə heyətinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV konfransına nümayəndənin, keçirilən konfransda Şüraya 9 üzvün və İdarə heyətinə 7 üzvün seçilməsi daxil edilib. Məsələlər səsvermə nəticəsində həllini tapıb. Tədbirdə həmçinin konfransa bir nəfər nümayəndə də seçilib.
Sonda Gənclər Prezident İlham Əliyevə Müraciət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB