Azərbaycanda 194 mina aşkar edilib

Azərbaycanda 194 mina aşkar edilib

2015-ci ilin fevral ayı ərzində 1,812,466 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 179 PHS, 3 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Bu barədə SİA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlarda 487 nəfər minaaxtaran mütəxəssis və 119 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 281,166,915 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,883-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Qazax, Gədəbəy və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin fevral ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə