Heydər Əliyev prospektində yol genişləndirilib FOTOLAR

Heydər Əliyev prospektində yol genişləndirilib FOTOLAR

Heydər Əliyev prospektinin köməkçi hissənin Böyük Şor qovşağından Ramstor qovşağına qədər olan sahəsində işlər başa çatdırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, görülən işlər çərçivəsində köməkçi tunelin rənglənməsi, yolun hərəkət hissəsinin üfüqi nişanlanması, eyni zamanda Heydər Əliyev Mərkəzinin qarşısından Ramstor qovşağına qədər olan 200 metrlik hissə 4,5m enində genişləndirilib. Yolun bu hissəsinin genişləndirilməsi köməkçi hissədən əsas yol keçən sahədə tıxacların aradan qaldırılmasına hesablanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə