Dişisinə şiddət göstərən, tək heyvan insanoğludur

Dişisinə şiddət göstərən, tək heyvan insanoğludur

Bu gün bir çox ailələrdə - analara, bacılara, gəlinlərə, xanımlara gözəl sözlər deyilir -güllər və bahalı hədiyyələr alınır. Sosial şəbəkələrdə isə simvolik də olsa, hər kəs gül-çiçəklə bir-birini təbrik edir. Gəlin, etiraf edək ki, bu gün bir çox mənəvi gözəlliklərdən məhrum olan, şiddətə məruz qalan, kimi-kimsəsi olmayan qadınlar, digər xanımlar kimi nə hədiyyə alır, nə gözəl sözlər eşidir, nə də ki diqqət görür...

Çox təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün Beynəlxalq Qadınlar Bayramı olsa da, eyni ilə bütün xanımlar kimi bu günü sevə-sevə bayram edə bilməyən qadınlar da var...

Bu gün bayram olmasına baxmayaq, hətta şiddətə məruz qalan qadınlar da var.

İllərlə insanlara təlqin edilən materializm və nəticədə ortaya çıxan inancsızlıq cəmiyyətdəki şiddətin kökündəki əsas səbəbdir. Çünki insanlar kainatın, təbiətin, canlıların yaradanı olduğunu, hər kəsin yaşamaq hüququ olduğunu düşünmür. Eqoist, təkəbbürlü, öz mənfəətini düşünən insanlar kifayətlənməmə hissinə qapılmağa başlayırlar. Bu da cəmiyyətdə vəhşicəsinə sahiblənmə, qısqanclıq, sevgisizlik və nifrət duyğusunu artırır. Şəfqət, mərhəmət və anlayışın yerini münaqişə tutur. Haqlının deyil, güclünün həyatda qalacağı inancı dünyanı sevgisizlik cəhənnəminə çevirir.
Öz-mərkəzli, partlamağa hazır bomba kimi yaşayan insan modeli, zəngin də olsa, bir neçə universitet bitirmiş də olsa, pozulmuş təbiətindəki şiddət mədəniyyətini heç cür tərk edə bilmir. Eqoistlik və sevgisizlik fərdləri özündən başqasına dəyər verməməyə sövq edir. Sadəcə şəxsi mənfəət üçün birləşən qadınla kişi zaman ərzində bir-birinə nifrət edir və nəticədə, kişiyə nisbətən daha zərif olan qadınlar ciddi şəkildə şiddətə məruz qalır. Ən gözəl evlər bir anda qadın üçün həbsxanaya çevrilir.
Qadın Allahın dünyadakı ən gözəl təcəllisidir və çox xüsusi varlıqdır. Allah qorxusu və Allah sevgisi olan bir insan qarşısındakı qadını Allahın yaratdığını bildiyinə görə ona böyük sevgi və hörmət bəsləyər. Allah qorxusu olan kişi qadına ən kiçik incidici söz deməz və onu bütün imkanları ilə qoruyar.

"Ya mənimsən, ya torpağın" anlayışının yer üzündən silinməsi və bütün qadınların insan yerinə qoyulacağı bir dünyada yaşamaq diləyilə...

Beynəlxalq Qadınlar Bayramınız mübarək olsun, əziz xanımlar!

Bütün xəbərlər Facebook səhifəmizdə