“Qadınlarsız bir gün” FOTOLAR

“Qadınlarsız bir gün” FOTOLAR

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi Ağcabədi rayonunda oğlanların iştirakı ilə "Qadınlarsız bir gün" adlı viktorina keçirib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, habelə bir çox ictimai təşkilatlara rəhbərlik edən qadınların da iştirakı etdiyi tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin başçısının müavini Naibə Mustafayeva tədbir iştirakçılarını salamlayıb, Azərbaycan qadınının daima hünər və cəsarət simvolu kimi tarixə düşdüyünü qeyd edib. Daha sonra Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova regionda xanımların ictimai fəallığından söhbət açıb, müharibə gedən şəraitdə, cəbhə bölgəsində hər bir xanımın düşmən qarşısında bir sipər, öz həyat yoldaşının silahdaşı olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən oğlanlar xanımlar üçün müxtəlif növ yemək çeşidləri hazırlayıb, 8 Mart Beynəlxalq Qadınlar Gününə özəl musiqi nömrələri ifa ediblər.

Sonda Ağcabədi rayonunun ictimai həyatında fəqlənən xanımlar mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə