Metro istifadəçilərinin DİQQƏTİNƏ

“Gənclik” metrostansiyasının çıxışlarından biri bağlanıb
Metro istifadəçilərinin DİQQƏTİNƏ

Bakı Metropoliteni "Gənclik" metrostansiyasının çıxışlarından biri bağlanıb. Bu barədə SİA-ya Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, stansiyada mərmərlərin dəyişmə prosesi gedir: "Bilirsiniz ki, Bakıda bəzi keçidlər təmirdədir. Hal-hazırda yerə döşənmiş mərmərlərin dəyişmə prosesi gedir. Bu səbəbdən "Gənclik" metrosunun çıxışlarından biri bağlanıb, digərləri isə işlək vəziyyətdədirlər. Qapalı olan giriş-çıxış Tofiq Bəhramov adına stadion tərəfdə olandı. Həftə sonu sərnişinlərin azlığından istifadə edərək sözügedən giriş-çıxış bağlanıb".

Nəsimi Paşayev deyib ki, təmirə dayanan çıxış gələn həftənin ilk iş günündə istismara veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə