Heydər Əliyev prospektinin köməkçi hissəsində təmir işləri yekunlaşıb
Sürücülərə şad xəbər

Heydər Əliyev prospektinin köməkçi hissənin Böyük Şor qovşağından Ramstor qovşağına qədər olan sahəsində dünən gecə saat 21:00-dan başlayan işlər gecə saat 3-4 radələrində başa çatdırılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən SİA-ya veriln xəbərə görə, görülən işlər çərçivəsində köməkçi tunelin rənglənməsi, yolun hərəkət hissəsinin üfüqi nişanlanması, eyni zamanda Heydər Əliyev Mərkəzinin qarşısından Ramstor qovşağına qədər olan 200 metrlik hissə 4,5 m enində genişləndirilib. Yolun bu hissəsinin genişləndirilməsi köməkçi hissədən əsas yol keçən sahədə tıxacların aradan qaldırılmasına hesablanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə