"Azərbaycan Prezidenti İlham Əliyev ölkə səhiyyəsinin daha keyfiyyətli şəkildə xalqa xidmət etməsini tələb edir. Bu baxımdan bu gün özəl tibb müəssisələrində də səhiyyə xidmətinin yüksək səviyyədə olması tələb olunur". SİA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib.
Onun sözlərinə görə, bununla bağlı ardıcıl addımlar atılır: "Son zamanlar həkimlərin ixtisaslaşması ilə bağlı qanuna dəyişikliklər olub. Dəyişikliklərdə müəssisədə bir ixtisasın həkimi yoxdursa, başqa bir həkimin o sahəyə müdaxilə etməmə məsələsi qoyulub. Eyni zamanda bu gün lisenziya alan, amma o lisenziyada nəzərdə tutulmayan fəaliyyət növü ilə məşğul olan tibb müəssisələrinin də məsuliyyətə cəlb olunması məsələsi də ortaya qoyulub. Hətta belə bir təklif var ki, həmin müəsissələrə verilən lisenziyanın ləğv olunması qismən sadələşdirilsin və bürokratik əngəllər aradan götürülsün. Yəni, xalqa pis xidmət edən, səhiyyə xidmətini aşağı səviyyədə göstərən və öz ixtisasına uyğun gəlməyən işlərlə məşğul olan özəl tibb müəssisələrinin qapanma məsələsinə daha rahat baxılsın. Qanunlar elə yazılıb ki, belə tibb müəssisələrinin lisenziyasının ləğv olunması bürokratik əngəllərlə doludur. Ona görə də burada bir az sadələşmə nəzərdə tutulur".
H. Rəcəbli qeyd edib ki, Azərbaycanda özəl sığorta və özəl pensiya qurumlarının yaradılması nəzərdə tutulur: "Milli Məclis Sosial Xidmət haqqında qanun qəbul edib. Bu qanunda özəl sosial xidmət sahələrinin yaradılması nəzərdə tutulurdu. Yəni, qanunla özəl (pullu) qocalar evi, sosial-psixoloji reabilitasiya mərkəzlərinin yaradılması planlaşdırılır. Gələcəkdə isə özəl pensiya fondları yaradıla bilər. Bu gün icbari pensiya fonduna, sosial sığorta fonduna dövlətin müəyyənləşdirdiyi müəyyən vəsait köçürülür. Bu onların hamısına aid olan məsələdir. Amma, gəlcəkdə özəl pensiya fonduna icbari sosial sığortadan başqa həmin müəssisəyə əlavə vəsait köçürəcək və pensiyaya gedəndə onu alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB