Dövlət Komitəsi tədbir keçirib FOTOLAR

Dövlət Komitəsi tədbir keçirib FOTOLAR

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Gününə, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul olunmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir dövlət və hökümət nümayəndələri, mədəniyyət xadimləri, media işçiləri və başqaları iştirak ediblər.

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.

Tədbirdə ilk olaraq Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin qadınlara ünvanladığı təbrik məktubunu səsləndirib. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla ictimai sahədə fərqlənmiş bir qrup qadın təltif olunub.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək 1995-ci ildə dünyanın 189 ölkəsinin iştirakı ilə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Pekin Bəyannaməsi və Fəaliyyət Platforması qəbul edildiyini bildirib: "Bu il bütün dünya Pekin platformasının 20 illiyini qeyd edir. 20 il bundan əvvəl, biz Pekin Konfransında yüksək səviyyədə təmsil olunmuşduq. Mən bu gün Pekin Konfransında iştirak edən qadınların hamısına öz təşəkkürümü bildirirəm. O cümlədən Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm".

Daha sonra 1995-ci ildə Pekin Konfransında iştirak etmiş qadınlar təltif edilib.

Qeyd edək ki, sonda Pekin Konfransının 20 illiyinə həsr olunmuş qısametrajlı film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə