İctimai Televiziya və Radio Yayımları şirkətində yeni təyinat olub. SİA-nın məlumatına görə, telejurnalist Rövşən Raqifoğlu İTV-nin "Çarçı" informasiya proqramına redaktor vəzifəsinə gətirilib. O, həmçinin televiziyada şərhçi və aparıcılıq da edəcək.
Qeyd edək ki, Rövşən Raqifoğlu əvvəllər "Lider" televiziyasında çalışıb. Azərbaycanda televiziya jurnalistləri üçün çap olunmuş "Lider jurnalist" adlı praktik dərs vəsaitinin müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB