Bu gün Heydər Əliyev prospektinin köməkçi yollarından birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyevin SİA-ya verdiyi məlumata görə, prospektin Böyük Şor qovşağından "Bazarstore" qovşağına qədər olan hissəsində axşam saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
"Buna məqsəd həmin köməkçi tunelin rənglənməsi, eyni zamanda yolun hərəkət hissəsində üfüqi nişanlanması işləri aparılacaq. Səhər saatlarına qədər işlərin tamam yekunlaşması gözlənilir" - deyə, P. Mürsəliyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB