Sabah Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, UNİCEF və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə "BMT-in Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan Gəncliyi" adlı yekun konfrans keçiriləcək. SİA-nın məlumatına görə, bu konfrans Azərbaycanda iki il ərzində keçiriən Post-2015 milli məsləhətləşmələrin yoxlama ve yekun tədbiri olacaq.
Tədbirdə BMT-nin yeni qlobal inkişaf gündəliyi, dayanıqli inkişaf məqsədləri təqdim olunacaq və Azərbaycanın yeni inkişaf gündəliyindəki prioritetləri və problemləri müzakirə ediləcək.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimov, BMT-in Azərbaycandakı Rezident əlaqələndiricisi və BMT-in İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk, Azərbaycan Respublikasın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şikaladze, BMT-in İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Nato Alhazişvili, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və dövlət qurumlarının nümayəndələri iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB