1-ci Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Mikayıl Əliyev küçəsinində təmir işləri davam etdirilir. Bu barədə SİA-ya "Azəryolservis" ASC-nin mətbuat katibliyindən məlumat verilib. Məlumata görə, Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gün saat 16:30-dan etibarən Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılacaq. Təmir işləri axşam saat 23-24 radələrində başa çatdırıldıqdan sonra bağlanan hissənin açılması gözlənilir. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB