Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iqtsadiyyatdakı dəyişikliklərin sosial müdafiə sistemi və əmək bazarına təsirinin müəyyən olunması üçün aparılan monitorinq və qiymətləndirmə işlərinin nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkədə milli valyutalanın məzənnəsinin dəyişdirilməsinin sosial müdafiə və sosial təminat sisteminə, habelə əmək bazarına təsirlərinin müəyyən olunması üçün Nazirlik tərəfindən aparılan monitorinq və qiymətləndirmə işlərinin nəticələrinə dair mətbuat konfransı keçirib.
Azərbaycanda uzunmüddətli tərəqqinin təmin olunması üçün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi inkişaf strategiyasının nailiyyətlərindən bəhs edən İdris İsayev ötən dövrdə iqtisadiyyatın şaxələndirilməsi, neft gəlirlərinin qeyri – neft sektoruna və regional inkişafa yönəldilməsi, ölkədə güclü iqtisadi potensialın formalaşdırılması istiqamətində əldə olunan mühüm uğurları diqqətə çatdırıb. Nazir müavini Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına sürətli inteqrasiyası səbəbindən regionda gedən bir sıra qeyri – pozitiv proseslərin, o cümlədən iqtisadi böhranın, MDB məkanında baş verən gərginliklərin, eləcə də dünyada neftin qiymətinin kəskin ucuzlaşmasının ölkə iqtisadiyyatına mənfi təsirinin labüd olduğunu qeyd edib.
Nazir müavini son 11 ay ərzində Azərbaycanın əsas ticarət partnyorları olan Avropa İttifaqı ölkələrində avronun 18, 5 %, həmçinin Rusiyada rublun 72 %, Türkiyə lirəsinin 23 %, Gürcüstanda larinin 21 % ucuzlaşdığını qeyd edib. O, belə olan təqdirdə ölkəmizin valyuta ehtiyatlarının qorunması üçün manatın devalvasiyasının iqtisadi baxımdan tam məntiqli və məqsədəuyğun addım olduğunu vurğulayıb. Daha sonra nazir müavini ölkədə əmək müqaviləsi bildirişləri, əmək müqaviləsinin yaşlara görə paylaşımı, müqavilələrin saldosu, xitam verilən əmək müqavilələrinin araşdırılması məsələləri ilə bağlı jurnalistləri məlumatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB