Martın 6-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 6-da hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq. Dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
Qeyd edək ki, ilkin proqnoza görə, 8 mart günü Bakı və Azərbaycanın əksər rayonlarında hava küləkli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB